SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bununla artıq AzTV-nin neçənci əməkdaşıdır ki, o yolda maşın vurub öldürür. Çətindirmi Parlament prospektində düzgün sürət həddi təyin etmək, lazımi yerlərdə yol nişanları quraşdırmaq? Bəlkə, yerüstü keçid? Aidiyyətli qurumlar hara baxır?!" 

BAKU.WS xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Alidə Mustafayeva sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həmin yolda bu cür bədbəxt hadisə ilk dəfə deyil baş verir:

"Yazıq deyildimi o 34 yaşlı iki uşaq atası?! Hətta yazıq Qəbələdən treninqə gəlibmiş. Qismət. Analoji hadisə mən AzTV-də işləyəndə də baş vermişdi. Suflerda işləyən cavan xanımı həmin yerdə maşın vurub öldürmüşdü.

Hətta o vaxt deyirdilər ki, bu artıq neçənci haldır. Bu nə qədər belə davam edəcək?!"

Qeyd edək ki, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.

BAKU.WS