VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayon İcra Hakimiyyətində yeni təyinat olub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Məmmədhüseyn Hüseynov icra başçısı Şahin Məmmədovun birinci müavini təyin edilib. Məlumatı saytımıza açıqlamasında M.Hüseynovun özü də təsdiqləyib.

Qeyd edək ki, 39 yaşlı Hüseynov bu təyinata qədər Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri olub.

Xatırladaq ki, bunadək Masallı Rayon İcra hakimiyyətinin Başçısının birinci müavini Nadir Abıyev olub. O, bu ilin martında pensiya yaşı çatdığı üçün işdən çıxarılmışdı. N.Abıyev Daşkəsənin İcra Başçısı Əhəd Abıyevin qardaşıdır.

BAKU.WS