SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya təqribən 1,4 mlrd. ABŞ dolları həcmində kəsir proqnozlaşdırılır.

BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, gələn il də ABŞ dolları manata nisbətən məzənnəsini dəyişməyəcək:

“Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir.

Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb.

Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.

BAKU.WS