SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

BAKU.WS xəbər verir ki, imtahanda maksimal nəticəni göstərən Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev ölkə əhalisinə heç yad deyil.

Belə ki, yanvar ayında İTV-də yayımlanan "Əlaçı" intelektual yarışmasının 9-cu mövsümündə iştirakçı olan Hüseyn Abdullayev rəqiblərinə qalib gəlməyi bacarıb.

O, oyun boyu müxtəlif fənlər üzrə hazırcavablığı ilə həm aparıcı, həm də tamaşaçıların diqqətini cəlb etmişdi.

Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan Hüseyn bu dəfə 400 bal yığıb və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 ballıq nəticə göstərib.


BAKU.WS
VİDEO