SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə 10 yaşlı uşağa hücum edən it ona çoxsaylı xəsarət yetirib. Bu nə birinci hadisədir, nə də sonuncu. Növbəti dəfə vəhşi heyvan hücumuna məruz qalmış azyaşlı həyatının şokunu yaşayıb. Quduz it uşağa ağır bədən xəsarətləri yetirib.

BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, hadisə dünən Şəki şəhərinin 25-ci məhəlləsindəki yeni yaşayış massivində baş verib. 

Küçədə həmyaşıdları ilə oynayan 10 yaşlı Taleh Mustafayev qəflətən itin hücumuna məruz qalıb. Quduz it onun baş, qol və bədəninin digər nahiyələrinə xəsarət yetirib. Qonşuların köməyi ilə uşaq itin əlindən alınaraq  təcili Şəki Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəstəxanada zərərçəkən azyaşlıya baş, gicgah-təpə, çənə, sağ əlin bazu, said nahiyələrində qanaxma ilə müşayiət olunan çoxsaylı it dişləməsi, cırılmış cızılmış, didilmiş yaralardan ibarət diaqnoz  qoyulub.

Xəstəxanadan bildiriblər ki, Taleh Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə cərrahi şöbədə stasionar müalicə olunur. Xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla əlaqədar aidiyyəti qurumlarda araşdırmalara başlanılıb.

BAKU.WS
VİDEO