VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ukraynada təhsil alan azərbaycanlı tələbələrin üzləşdiyi problemlərdən ən əsası onların diplomlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmamasıdır.

Dəfələrlə Təhsil Nazirliyinin elanlarında xaricdə təhsil alarkən müəyyən edilən kriteriyaların nəzərə alınması xahiş edilsə də, vətəndaş məsuliyyətsizliyinin nəticəsi olaraq bir çox hallarda diplomlar yararsız hesab edilir.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olmuş soydaşımız, təhsil məsələləri üzrə ekspert Nəsib Alicanov və Kiyev Milli Texnologiya və Dizayn Universitetinin magistr dərəcəsi üzrə təhsilini davam etdirən soydaşımız Əlləzli Ayxan açıqlamalarında bildiriblər ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi fiziki və hüquqi şəxslər vətəndaşlarımıza düzgün məlumat vermədən Ukrayna universitetlərinə qəbul aparırlar.

“Ukraynanın bir çox universitetinin azərbaycanlılara verdiyi diplomun Təhsil Nazirliyi tərəfindən tanınmaması normaldır. Çünki Ukraynada elə universitetlər var ki, ora sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar”, - deyə ekspert əlavə edib.

Ukraynada təhsil alan vətəndaşlarımızı diqqətli olmağa çağıran soydaşlarımız qeyd ediblər ki, bu gün Ukraynada kifayət qədər etibarlı universitetlər var və tələbələrə lazımi təhsil verilir. Bu universitetlərdə təhsil alan tələbələrimizin diplomları Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınır.

Onların sözlərinə görə, azərbaycanlı tələbələr öncədən Ukraynada təhsil alacaqları universitet barədə məlumat toplamalı, onun xarici tələbələr üçün təhsil proqramlarına lisenziyasının olub-olmadığını yoxlamalıdırlar.

Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumları qarşısında məsələ qaldıraraq azərbaycanlıların Ukrayna ali təhsil ocaqlarına qəbulu zamanı xüsusi imtahanların keçirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, hazırda Ukrayna ali təhsil ocaqlarında 7 min azərbaycanlı təhsil alır. Son günlərdə Ukraynanın sərhədlərinin bağlanması heç bir şəkildə bizim həmvətənlərimizin bu ölkədə dərslərdə iştirak etmələrinə, həmin ölkələrə təhsil almağa getməklərinə maneə törətmir.

Soydaşlarımız bu yolu özləri keçdikləri və topladıqları təcrübə əsasında Ukraynada təhsil almaq istəyən həmvətənlərimizə oranın istənilən universitetinə qəbul olmaqda kömək edirlər.

Belə ki Ukraynada təhsil almaq istəyən abituriyentlər Bakı, Zərifə Əliyeva 21/b. küçəsində yerləşən ofisə müraciət edə və ya +994772440909 whatsapp nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər.

BAKU.WS