SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, N.Vəlizadə İran İslam Respublikasının vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E.Piridən götürməsini xahiş edib.

Sonuncu isə hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onların üzərinə keçirilən baxş zamanı N.Vəlizadənin əlindəki sellofan torbadan 1 kiloqram 700 qram narkotik vasitə olan “heroin” və 1 kiloqram 300 qram “tiryək” aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA