VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tədris ilinin nə vaxt start götürəcəyi qeyri-müəyyən qalsa da, dərslərin başlayacağı tarixlə bağlı müxtəlif variantlar səslənir.

BAKU.WS xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə müzakirələr zamanı tədris ilinin başlanğıc tarixi kimi sentyabrın 15-i və ya noyabrın əvvəlini ehtimal edirlər.

Təhsil Nazirliyi dərslərin noyabra qədər təxirə salınacağı ilə bağlı fikirləri təkzib etsə də, başlanğıc tarixi ilə bağlı yekdil qərarını açıqlamayıb. Mövcud vəziyyət Azərbaycanda birinci sinifə gedəcək 160 min şagirdin valideynlərini heç də qane etmir. Belə ki, valideynlər qərarın açıqlanacağı zaman alış-verişə az vaxtın qalacağını, mağazalarda sıxlıq yaranacağını və yoluxdurma risklərinin olacağını bildirirlər.

Vətəndaşların dilə gətirdiyi problemdən çıxış yollarını müəyyən etmək məqsədilə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanova müraciət etdik. Deputat BAKU.WS-ə bildirdi ki, pandemiya dövründə bu məsələ çətinlik yarada bilər: ”Qeyri-müəyyənlik hələ də var. Mövzu əgər konkret olaraq birinci sinifə gedən 160 min şagirddən gedirsə, pandemiya dövründə bu məsələ çətinlik yarada bilər. Digər tərəfdən 160 min şagirdin valideyni bir rayon və ya şəhərdə yaşamır. Bu rəqəm bütün Azərbaycan üzrədir. Yəni minlərlə valideyn hamısı eyni vaxtda eyni mağzalara üz tutub məktəb ləvazimatları və geyimləri almayacaqlar.

Bundan əlavə valideynlər onlayn sifarişə də üstünlük verə bilərlər. Bir çox məhsulları elə qapıda da təhvil almaq mümkündür. Bu məsələdə ciddi narahatedici məqam görmürəm. Misal üçün mən Ağdaşı təmsil edən bir deputat kimi deyə bilərəm ki, rayon ərazisində bir neçə mağazadan lazım olan ləvazimatları əldə etmək mümkündür. Onlayn sifariş də bu məqamda ən uğurlu çıxış yolu ola bilər. Əlbəttəki bəzi yerlərdə texniki problemlər yarana bilər.  

Pandemiya dövründə valideynlərin üzləşdiyi çətinliyi başa düşmək mümkündür. Lakin bu məsələdə yüz ölçüb, bir biçməliyik. Nazirlər Kabineti yanında Operativ Qərargah və adiyyatı dövlət qurumları bu mövzuda müxtlif təkliflər hazılrayır. Hər-halda dövlət qurumları da çalışır ki, ən qısa zamanda yeni tədris ilinin başlanması ilə bağlı əhaliyə məlumat versin. Bu gün imkanlar məhddur. Çünki yoluxma rəqəmləri hər gün dəyişir və fərqli mənzələrlə qarşılaşırıq”.   

Cavid Osmanov əlavə edib ki, dərslər mövcud şərtlər altında sentyabrın 15-i deyil, 25-i də başlaya bilər: “10 gün gec başlamaqla, qlobal problem yaranmayacaq. Tələsik qərarların fəsadları ciddi çətinliklər yarada bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi çalışır və dərs ilinin başlamasından bir müddət əvvəl insanlara məlumat verməyi hədəfləyir. Məlum məsələdir ki, 160 min şəxs 10 gün müddətində alış-veriş etməkdə çətinliklə üzləşə biləcəksə, bu müddət 20 günə qaldırılsa, onda insanlar arasında təmas daha az olacaq.

Vacib olan digər hal budur ki, valideynlər də alış-verişə gedərkən qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sosial məsafə qaydalarına riayət etməli və şəxsi gigiyenasına çox ciddi diqqət yetirməlidir. Həmçinin insanların sıx toplaşdığı yerlərə getməkdən mümkün qədər yayınmaq lazımdır. Hər kəs bunu nəzərə almalıdır ki, öz uşağını dərslərin başlanılması müddətinə qədər salamat çatdırsın”.

Orxan Hüseyn
BAKU.WS