SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus pandemiyasının qəzəbinə uğrayan sahələrdən biri də turizm sahəsidir.  Dünyada turizm sahəsində 120 milyon işçi koronavirus pandemiyasına görə tətbiq edilən qadağalar səbəbindən işsiz qala bilər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi bu dəfə məhz bu sektorun fəaliyyətinə toxunub və pandemiyanın vurduğu maddi ziyandan danışıb:

"Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarıdan çox, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir"

 Bu sahədə dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun  yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib.

BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb:

“Turizm sektorunu yenidən qurmağımız vacibdir.  Ancaq  bu təhlükəsiz, bərabər və iqlimə uyğun bir şəkildə olmalıdır”.

Baş katib turizmə yardım  məqsədilə beş prioritet məsələnin həllini vacib hesab edib. Bunlar  böhranın sosial-iqtisadi təsirlərini azaltmaq, davamlılıq yaratmaq, turizm sektorunda texnologiyanın istifadəsini maksimum dərəcədə artırmaq, yaşıllığı böyütmək və  dəstək verən əməklaşlıq əlaqələrinin gücləndirilməsindən ibarətdir.

BAKU.WS
VİDEO