SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün günorta saatlarında Bakı bulvarında özünü dənizə ataraq intihar etmək istəyən qız polis əməkdaşları tərəfindən xilas ediblər.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Həmin anın videosunu təqdim edirik:

BAKU.WS
VİDEO