SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün daha 400 Azərbaycan vətəndaşı Rusiyanın Dağıstan Respublikasından ölkəmizə təxliyə edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıtması təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

BAKU.WS