SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” (Moldova) oyununda Qazaxıstandan olan hakimlər briqadasının dəyişdirilməsinin səbəbi bəlli olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, yan xətt hakimlərindən Sergey Kalaçyov Bakıya səfər öncəsi koronavirus üçün test verib. Lakin onun testi pozitiv çıxıb. Bu üzdən də dörd nəfərdən ibarət briqadanın (digərləri baş hakim Furkat Atacanov, laysman Darxan Tuleqenov və dördüncü hakim Qriqori Moskovçenkodur – S.M.) Bakıya gəlişinə icazə verilməyib. Nəticədə UEFA son anda bu matç üçün Bakıya Ukraynadan olan hakimlər briqadasının göndərilməsini məqbul bilib.

Xatırladaq ki, sabah saat 20:00-da başlayacaq görüşdə iş başında olacaq ukraynalı hakimlər Nikolay Balakin, Viktor Matyaş, Sergey Pristupa və Andrey Kovalenkodur.

BAKU.WS