SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.

BAKU.WS ölkə.az”a istinadən xəbər verir ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.

Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmin görüntülərdə yoxdurlar.

Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.

Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.

Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir.

BAKU.WS
VİDEO