SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib. Sergey Şoyqu “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün səfər edib.

Qeyd edək ki, sayca altıncı dəfədir keçirilən “Dəniz kuboku” müsabiqəsində Azərbaycan dördüncü dəfədir iştirak edir.

BAKU.WS
QALEREYA