SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında rayon ərazisindəki avtoyuma məntəqəsindəki avtomobillərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. S.İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Oğurlanmış qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

BAKU.WS