SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yolda geridönmə yerinin bağlanması uzun tıxaca səbəb olur.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, paytaxtın Yasamal rayonu Moskva prospektində bir müddət əvvəl geri dönmə yeri bağlanıb.

Bundan sonra Beynəlxalq Avtovağzal Kompleksindən üzü ''Şamaxinka'' kimi tanınan əraziyə gələn yolda tıxac yaranır. Əvvəllər həmin ərazidə günün pik saatlarında sıxlıq olurdusa, indi bütün saatlarda yolda avtomobillərin hərəkəti saatda 5-10 kilometr olur.

Qeyd edək ki, əvvəllər ərazidə yolda təmir işləri aparılarkən Biləcəri, Sumqayıt və mikrorayonlar istiqamətində nəqliyyat axınını tənzimləmək üçün geri dönmə yeri yaradılmışdı. Bu da hərəkətin təşkili baxımından sürücülər üçün olduqca əlverişli idi.

Amma geridönmə yerinin bağlanması ilə Moskva prospektinin ''Şamaxinka'' hissəsinə düşən hər iki tərəfdə tıxac yaranır. Bundan başqa, bu dəyişiklik ''20 Yanvar'' dairəsi ətrafında da yüklənməyə səbəb olur. Sürücülər problemin aradan qaldırılması ilə bağlı aidiyyatı qurumlara həmin yerin açılmasını təklif edirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, geridönmə yerinin bağlanması həmin ərazi üçün ən uğursuz bir layihə idi. Çünki Dadaş Bünyadzadə, 20 Yanvar küçəsi, o cümlədən də Moskva prospekində üç nöqtədə gərginlik artıb. Ekspert təklif edir ki, həmin yolda hərəkət əvvəlki qaydasına qaytarılmalıdır.

Yol hərəkətinin təşkilində dəyşikliyi edən Azərbaycan Avtomobil Yolları' Dövlət Agentlyinin mətbuat katibi Anar Nəcəfli ''Xəzər Xəbər''ə bildirib ki, məqsəd geriyə dönən sürücülərin təhlükəsizliyini təmin etməkdir.

Qurum rəsmisi deyib ki, bir müddət əvvəl ''Şamaxinka''da yerüstü piyada keçidi inşa edilib. Ərazidəki işıqforlar da yığışdırıldığından Moskva prospektində avtomobillərin sürəti artıb. Bu səbəbdən də həmin geridönmə hissənin bağlanmasına qərər verilib.

BAKU.WS
VİDEO