SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda karantin qaydalarını pozan sahibkar və müştərilər cərimələnib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman 2-ci mikrorayon ərazisində karantin qaydalarının pozulduğu gizli fəaliyyət göstərən oyun zalı aşkar ediblər.

İçərisində 9 nəfər şəxsin “Play Station” zalında qapalı məkanda tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Sahibkar İbrahimov Niftalı Rahil oğlu məhkəmənin qərarı ilə 3000 manat, 9 müştərinin hər biri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat cərimələniblər.

BAKU.WS