VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada 23 milyondan çox insanın yoluxduğu COVID-19 virusu ilə bağlı araşdırmalar davam edir. 

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə bağlı yekdil fikir bildirməkdə hələ də çətinlik çəkir. 

Koronavirus infeksiyası ilə bağlı insanları narahat edən suallardan biri də təkrar yoluxmanın mümkünlüdür. ÜST koronavirusa təkrar yoluxmanı istisna etməsə də, dünya ölkələrini tələsik nəticələrə gəlməməyə çağırıb.

Honkonqda çıxış edən ÜST-ün rəsmisi Mariya Kerkhove bildirib ki, təkrar yoluxma ilə bağlı araşdırmalar davam edir: “Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük".

BAKU.WS