SİZİN REKLAM BURADA!
055 213 76 73


Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar üzrə Koalisiya (CEPI), Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilən COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən mexanizmdir. Bu mexanizmə peyvəndlərlə bağlı GAVI ilə işləyən 92 ölkə və fərdi qaydada maliyyə dəstəyi göstərən 80 ölkə daxildir.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.

Məlumatda bildirilir ki, COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir: "COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Bu peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin 20%-ni əhatə etməsi üçün genişləndirilərək bütün iştirakçı ölkələrə əhalilərinin nisbətlərinə uyğun bərabər şəkildə çatdırılacaqdır. Bundan sonra isə əlavə dozalar ölkələrdəki ehtiyac, həssaslıq və COVID-19 təhlükəsi nəzərə alınaraq paylanacaqdır. COVAX mexanizmi böyük alovlanmalara qarşı mübarizə daxil olmaqla, fövqəladə hallarda və humanitar məqsədlərlə istifadə üçün də ehtiyat doza saxlayacaq.

BAKU.WS