SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda bu gün koronavirus infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, 1 763 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 432, bu günə qədər isə ümumilikdə 873 777 test icra olunub.

 

BAKU.WS