SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tətbiqi ilə bağlı rayon ərazisində sakinlərin sıx toplaşdığı məkanlar, ictimai iaşə, ticarət və digər sosial obyektlərdə müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda ictimai maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə reydlər həyata keçirir.

BAKU.WS-in məlumatına görə, mobil qrupların üzvləri tərəfindən 18-20 avqust 2020-ci il tarixlərində müxtəlif istiqamətlərlə bağlı 95 reyd keçirilib. Karantin rejiminin tələblərinin pozulmasına görə 12 sahibkara cərimə tətbiq olunub, müxtəlif qanunsuz tədbirləri təşkil edənlər, o cümlədən vətəndaşlar da daxil olmaqla, 83 xəbərdarlıq edilib. Tətbiq edilən cərimə məbləği 2400 manat təşkil edib.
Mobil qruplar tərəfindən tədbirlər davam etdirilir.

BAKU.WS
QALEREYA