VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb.

BAKU.WS “vətəninfo.com”a istinadən xəbər verir ki, ailə üzvlərinin məlumatına görə, son bir neçə həftə ərzində Ə.Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruza verməyə başlamış və ev şəraitində müalicə almışdı.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ə.Həsənov ciddi ürək çatışmazlığı, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

Qeyd edək ki, Ə.Həsənov 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın ərzində iki dəfə açıq ürək əməliyyatı edilib.

BAKU.WS