VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı sarsıdan koronavirus pandemiyası sürətlə yayılmağa davam edir.

BAKU.WS xəbər verir ki, son statistikalara əsasən, dünya üzərində 22 milyondan çox yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son bir həftədə orta hesabla gündəlik 250 mindən çox yoluxma qeydə alındığını açıqlayıb.

Yoluxma sayının sürətlə artması bəzi ölkələrdə məhdudiyyətlərin yenidən tətbiq edilməsi məsələsini gündəmə gətirib.

Belə ki, İngiltərə, Fransa, Türkiyə, Yaponiya, Finlandiyada məhdudiyyətlər yenidən tətbiq edilməyə başlayıb.
İngiltərə hökuməti koronavirusun çox yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarına 14 gün məcburi karantin rejimi tətbiq etməyə başlayıb.

Fransada isə yeni növ koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədi ilə sentyabrın 1-dən etibarən bütün iş yerlərində maska taxmağın məcburi olacağı açıqlanıb.

Bununla yanaşı Türkiyədə də məhdudiyyətlərin tətbiqinə başlanılıb. Verilən qərara əsasən, ölkənin bir sıra şəhərlərində 65 yaşdan yuxarı vətəndaşların çölə çıxması qadağan edilib.

Finlandiya da koronavirusla əlaqədar 10 ölkədən gələn vətəndaşlar üçün sərhəddəki məhdudiyyətləri yenidən tətbiq etmək qərarına gəlib. Məhdudiyyətlərin Danimarka, İslandiya, Norveç, Malta, Yunanıstan və Almaniyadan gələn şəxslər üçün tətbiq olunacağını, həmçinin Yaponiya, San Marino və Kipr üçün də məhdudiyyətlərin bərpa olunacağı bildirilib.

Yaponiya hökuməti isə yoluxma və ölüm sayı artacağı təqdirdə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.

BAKU.WS