SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək".

BAKU.WS bildirir ki, bu fikirləri “qazet.az”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.

O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.

Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.

BAKU.WS