VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəbilqəsiz və əlcəksiz olmaqla yanaşı, avtomobillərin hərəkət etdiyi yolda velosiped sürürlər.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, görüntülər Mingəçevir şəhərində lentə alınıb. Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərdə velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

Yoxlamalar zamanı şəhərin müxtəlif küçə və prospektlərində avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb.

Bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reyddə qaydalara əməl etməyən 20-yə yaxın velosiped idarə edən şəxs barəsində İXM-nin müvafiq maddəsi ilə protokol tərtib edilib.

BAKU.WS
VİDEO