SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniya "Sileks"ini qəbul edəcək.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)

Hakim-inspektor: Atilla Abraham (Macarıstan)

UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)

Hər iki komandanın heyətləri:

“Qarabağ”:

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev, Ayhan Arazlı;

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev (k), Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədəvi Hüseynov, Kevin Medina;

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov, Donald Qerye, Ruslan Hacıyev;

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı.

“Sileks”:

Qapıçılar: Daniel Bojinovski, Xristiyan Petkovski, Qoran Traykovski;

Müdafiəçilər: Deyan Blaqoyeviç, Srcan Draşkoviç, Xristiyan Qrozdanoski, Anqelçe Timovski, Filip Kostovski, Daniel Karçeski, Andrey Kirovski;

Yarımmüdafiəçilər: Boyan Spirkoski, Miloş Jeravitsa, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov;

Hücumçular: İvan İvanovski, Stefan Curiç, Kristiyan Kostovski, Pepi Qorgiev, Darko Qrozdanoski, Nenad Neşovski, Deyan Tanturovski.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

BAKU.WS