SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində ən böyük rəqibi olan Co Baydenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi sözlərə görə onun ağlının çatmadığını bildirib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp Baydenin dünya liderləri ilə mübarizə apara bilməyəcəyini söyləyib:

“Çox ağıllı insanlarla mübarizə aparırsınız. Onları tanıyıram. Məsələn, Ərdoğan. Ərdoğan dünya səviyyəli şahmatçıdır. Bəzi dövlət rəhbərləri mənə zəng edərək Ərdoğana zəng etməyimi istəyirlər. Çünki biz bir-birimizi yaxşı başa düşürük”.

Qeyd edək ki, Bayden bir neçə gün öncə Türkiyə ilə bağlı sərt sözlər dilə gətirib. O, Ərdoğanın hakimiyyətdən getməli olduğunu söyləmişdi.

BAKU.WS