SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 996 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 233 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 250 542 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 002 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 231 997 nəfər təşkil edir.

BAKU.WS