SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarında 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS