VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı turist İstanbulda dələduzluqla üzləşib. 

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, həmyerlimiz taksidə telefonunu unudaraq avtomobili tərk edib. Taksi sürcüsü isə telefonu geri vermək əvəzinə ərazidən uzaqlaşıb.

Hadisə 12 avqust tarixində Fatih Küçük Ayasofya məhəlləsində baş verib.

Azərbaycanlı Rauf G. telefonunu unutduğu taksiyə yaxınlaşaraq sürücüdən mobil telefonunu istəyib. Lakin sürücü telefonu geri verməyərək qaçmağa çalışıb.

Rauf dərhal yaxınlıqdakı polis əməkdaşlarına məlumat verib və qısa müddət ərzində taksi sürücüsü saxlanılıb.

Saxlanılan sürücü məhkəmə proseslərindən sonra sərbəst buraxılıb.

BAKU.WS
VİDEO