SİZİN REKLAM BURADA!
055 213 76 73


Ayrıldıqları iddia edilən Aynişan Quliyeva və Kənan Əliyev cütlüyü barışıb.

BAKU.WS “azxeber”ə istinadən xəbər verir ki, cütlük sosial media hesabında bir-birlərini izləməyə alıblar.

Kənan isə son paylaşımında məsələyə aydınlıq gətirib:

"Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisələrin bu qədər şişməsini, bu dərəcəyə gəlməsini istəməzdik. Ən azı buna səbəb olacaq xüsusi nəsə etməmişik. Əlbəttə ki, hər ailədə söz-söhbət, xırda inciklik olur.

Daha sonra belə hallar tərəflərin daha sonrakı birgəliklərinə, bir-birlərini daha içdən bilməsinə təsir edir.

Hər şərdə bir xeyir var misalı kimi...

Əslində bizim bu boyda şişirdiləcək bir problemimiz yox idi. Amma bəzi insanlar bunu özləri şişirdib, sonra da bizi ittiham etməyə başladılar.

Biz də gəncik, insanıq, çılğınlığımız var. Bu günə qədər instagramdan və "whatsapp"dan bir-birini silən olmayıb? Bir-birimizə ictimai hörmətsizlikmi etdik?

Ünvanlarımıza xoşagəlməz sözlərmi işlətdik? Bu ssenarini biz yox, siz yazdınız. İcazə verin, dağılmamış həyatımıza qaldığımız yerdən davam edək. İnstagramdan və telefon yaddaşından çıxartmaq ürəkdən silmək deyil”.

BAKU.WS