SİZİN REKLAM BURADA!
055 213 76 73


“Təhsil müəssisələrinin açılması məsələsi Təhsil Nazirliyinin nəzdindəki institutlar tərəfindən elmi əsaslarla kompleks şəkildə araşdırılır”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, hazırda digər ölkələrin də təcrübələri öyrənilir:

“Təhsil Nazirliyi tərəfindən təşkil edilən ictimai müzakirədə valideynlər, şagirdlər, ekspertlərin iştirakı ilə də bu məsələ müzakirə edilir. Müxtəlif həll yolları ilə bağlı fikirlər irəli sürülür. Yekun fikir bildirmək hələ ki, tezdir”.

H.Hacıyev əlavə edib ki, yekun qərar epidemioloji vəziyyətlə əlaqədar veriləcək.

BAKU.WS
VİDEO