VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ikinci rübündə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“BP Azerbaijan” şirkətindən BAKU.WS-ə bildirilib ki, “İstiqlal” qazma qurğusu “SDC05” sualtı quyusunun alt hissəsini qazmağa davam edib. “Maersk Explorer” qurğusu “SDF04” quyusunu tam dərinliyədək qazıb və quyu konservasiya olunub. Qurğu bundan sonra “SDF05” quyusunun üst hissəsini qazıb.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 18 quyu qazıb və bunlardan 16-sını tamamlayıb. Yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb. Qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

BAKU.WS