SİZİN REKLAM BURADA!
055 213 76 73


Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunan xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə növbəti tədbir keçirib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinə şəhər ərazisində xınayaxdı mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğunu aşkarlayıb. Mərasim dayandırılıb və oradakı 11 nəfər polis şöbəsinə gətirilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə protokolları tərtib olunub, saxlanılanların bəzilərinə isə xəbərdarlıq edilib.

Saxlanılan şəxslərlə profilaktik söhbətlər aparılaraq onlara karantin rejiminin qaydaları bir daha izah olunub. Mərasimdə iştirak edən qadınlara yığıncaq yerində şifahi xəbərdarlıq edilib.

Mərasimin səbəbkarı olan bəy barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə (polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq) protokol yazılaraq məhkəməyə göndərilib.

BAKU.WS
VİDEO