VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda kirayə yaşadığı mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Məhəmməd Abdullayev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, bu şəxs kirayə yaşadığı evlərdən mənzil sahibinə məxsus məişət əşyalarını oğurlayıb.

Bu üsulla Məhəmməd Abdullayev Abşeron rayonunda bir neçə kirayə ev verən şəxsə ziyan vurub. Məhəmməd Abdullayev barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Bu şəxsin başqa analoji cinayətlər törətdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, Abşeron Rayon Polis İdarəsinə və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

BAKU.WS