SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə karantin rejimini pozan kafe aşkarlanıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə 15 nəfər rayon sakininin ad günü keçirərək karantin qaydalarını pozması faktını aşkarlayıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanılaraq rayon polis şöbəsinə dəvət olunublar.

İlkin olaraq polis əməkdaşları onlara karantin rejiminin qaydalarını izah ediblər.

Saxlanılanlar etdikləri əməldən peşman olduqlarını bildiriblər.

Sonra onların hər biri barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

BAKU.WS
VİDEO