SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 14 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 54 494 şübhəli koronavirus testindən keçib, onlardan 1153-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 580 nəfər olub, 1040 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 237 265 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5798 nəfər ölüb.

BAKU.WS