SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Yanğın saat 16:05 dəqiqədə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS