SİZİN REKLAM BURADA!
055 213 76 73


“Əlilliyin müəyyən olunması səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən alınıb Səhiyyə Nazirliyinə verildi. Buna görə də əlilliklə bağlı bu nazirliyi ittiham etmək lazım deyil”.

BAKU.WS "Modern.az"a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas deyib.

Deputat Səhiyyə Nazirliyini süddən çıxmış ağ qaşığa bənzədib: “Səhiyyə Nazirliyinin yerlərdəki baş həkimləri guya əlilliyin müəyyən olunmasını həyata keçirirlər. Azərbaycanda Səhiyyə Nazirliyi heç öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi iradlara münasibət bildirib: “Parlamentdə “Səhiyyə Nazirliyi yoxdur” fikirləri səsləndi. Hesab edirəm ki, bu, doğru deyil. Pandemiya dövründə Səhiyyə Naziriyi, tibb işçiləri çox yaxşı çalışdılar”.

BAKU.WS