VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonunun Goran qəsəbəsində Kəlbəcər rayon sakini 1983-cü il təvəllüdlü Gülbuta İmanovanı qətlə yetirən şəxs saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu tutularaq istintaqa təhvil verilib.

İlkin məlumata görə, saxlanılan şəxs iki uşaq anasını ov tüfəngi ilə qətlə yetirib. Qərib Zamanovun ailə ilə yaxın münasibətləri olub.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bildirək ki, qətli törətməkdə şübhəli bilinən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

BAKU.WS