SİZİN REKLAM BURADA!
055 213 76 73


Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayış ölkəyə milyardlarla dollar maddi ziyan vurub.

BAKU.WS-in məlumatına görə, bu barədə Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında bildirib. 

O qeyd edib ki, ilkin hesablamalara görə, partlayış nəticəsində vurulan maddi ziyanın məbləği 15 milyard dollardan çoxdu. Amma bu rəqəmin dəfələrlə artacağı da istisna olunmur. 

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, 5 minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb.

BAKU.WS