SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın Xətai rayonunda xüsusi karantin rejiminin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.

BAKU.WS