055 213 76 73
Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.
Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.
****10:20
Baş prokuror Kamran Əliyev bu ilin avqust ayının 2-də Türkiyədə dünyasını dəyişən Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyevin oğluna vəzifə verib.
BAKU.WS “mediapost”a istinadən xəbər verir ki, mərhum general-leytenat Firudin Nəbiyevin oğlu Orxan Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsinə təyin olunub.