SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda toy mərasimlərinin bərpa edilməsi koronavirus infeksiyasının artmasına səbəb ola bilər.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, toy Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir və Azərbaycan xalqının ənənəsidir: “Lakin nəzərə almaq lazımdır ki, toy mərasimləri zamanı 100-200 və daha çox insanın qapalı məkanda bir araya gəlməsi və yaxın təmasda olması virusun yayılmasına səbəb ola bilər. Digər ölkələrdə yumşalmalardan sonra virusun yenidən alovlanması baş verir. Ona görə də biz təmkinli olmalı və əldə olunmuş nailiyyətləri davam etdirməliyik”.

BAKU.WS