SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Suraxanı rayonunun ərazisində “Azərsu” ASC-nin 1962-ci il təvəllüdlü əməkdaşı Şakir Paşayevin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

29 iyul saat 16:00 radələrində Hövsan qəsəbəsində kanalizasiya quyusu qazılarkən torpaq sürüşməsi baş verib. Nəticədə, Ş.Paşayev torpaq dağıntıları altında qalaraq vəfat edib.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır.

BAKU.WS