SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 130 min manatlıq dələduzluq edən şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, silah gəzdirdiyinə görə tutulmuş E.Əliyevin ətrafında Səbail və Nərimanov RPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldadıb 119.500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13.500 manat pullarını alması da müəyyən edilib.

Araşdırma aparılır.

BAKU.WS