SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Böyük Britaniyada yaşayan azərbaycanlılar tərəfindən keçirilən Londondakı yürüşlə bağlı yeni detallar məlum olub.

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan dövlətinə və Silahlı Qüvvələrimizə dəstək kimi nəzərdə tutulan yürüş-mitinqdə ermənilərin təxribatına dair videosübut əldə olunub.

Məlum olduğu kimi, Tovuz döyüşlərindən və yüksək rütbəli komandanlarımızın şəhid olmasından sonra dünyanın çeşidli ölkələrində erməni aqressiyasına etiraz aksiyaları başlayıb. Həmin aksiyaların da əksəriyyətində ermənilər təxribat hərəkətləri edib, azərbaycanlıların yerli hakimiyyətlərlə razılaşdırdığı qanuni aksiyalarına hücumlar çəkiblər.

London aksiyası da istisna olmayıb. Musavat.com-un təqdim etdiyi vodeo-parçadan aydın şəkildə görünür ki, ermənilər dinc yürüşümüzü pozmaq, soydaşlarımızı təxribata çəkmək üçün zəncirə bağlanmış it kimi, ingilis polisinin arxasından dartınmaqdadırlar. Videonun sonundan da aydın görür: ermənilərdən biri milli bayrağımıza cumur, ona doğru tüpürür və açıq-aydın, dövlət atributumuzu təhqir edir. Məhz bu zaman soydaşlarımız bu təxribata reaksiya verirlər.

Buyurun, baxın! Daha bir erməni şərəfsizliyi, daha bir həyasızlıq və namərdilik hər kəsin seyr edə biləcəyi videosübutda!

BAKU.WS
VİDEO