SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yağışla müşahidə olunan güclü külək bir sıra fəsadlara yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, təbiət hadisə nəticəsində Cavid Rəfibəyli, Keçəllər adlanan küçələrdə ağaclar evlərin dam örtüklərinin üzərinə aşıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda aidiyyətli qurumlar tərəfindən aşan ağacların ərazidən götürülməsinə başlanılıb.

Elektirik enerjisinin bərpası istiqamətində iş aparılır.

Bənzər hadisə Daşkəsən, Şəmkir və Samux rayonlarında da yaşanıb.

Bu rayonlarda da təbiət hadisəsinin yaratdığı fəsadlar aradan qaldırılır.

BAKU.WS
QALEREYA