SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən gecə saatlarında Şəmkir rayonunun Bayramlı kəndində qohumlar arasında bir nəfərin ölümü və daha bir nəfərin yaralanması ilə nəticələnən kütləvi davanın bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisədə iştirak edənlər bibi oğlu və dayı uşaqlarıdır.

İlkin məlumata görə, iki dayıoğlu - 1994-cü il təvəllüdlü Ruslan Nağıyev və 1986-cı il təvəllüdlü Xalid Nağıyevin bibisi oğlu ilə mübahisəsi düşüb. Bu zaman hadisə yerinə bibi oğlunun qardaşı İsmət Cəfərov gəlib.

Mübahisə davam edib və İsmət Cəfərov üzərində olan bıçaqla iki dayısı oğluna xəsarət yetirib. Nəticədə Ruslan Nağıyev aldığı zərbədən hadisə yerində keçinib. Xalid Nağıyev isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Keçirilən əməliyyat tədbirləri ilə dayısı oğlunu qətlə yetirən İsmət Cəfərov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
QALEREYA