SİZİN REKLAM BURADA!
055 213 76 73


"Son 10 gün ərzində aqressiv və ağır formalı xəstələr az gəlməyə başlayıb. Daxil olan xəstələrimizdə əlamətlər nisbətən sabitdir və onların müalicəyə yatımlığı daha uyğundur, asanlıqla müalicə oluna bilirlər".

BAKU.WS xəbər verir ki, bu sözləri Tədris Terapevtik Klinikanın direktoru Surxay Musayev deyib.

Klinikanın direktoru əlavə edib ki, reanimasiyaya düşən və süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azalır: "Elə xəstələrimiz var ki, bütövlükdə biz onları oksigen aparatına qoşmuruq. Sadəcə dərmanlarla onların koronavirusla mübarizəsinə kömək edirik ki, immunitetləri qalxsın və öz orqanizmləri mübarizə apara bilsin.

Düşünürəm ki, əgər belə davam edərsə, yaxın müddətdə koronavirusun fəallığı sönməyə başlayacaq. Lakin viruslar üzü payıza fəallaşırlar. O dövrə qədər tədbirlər görüləcək və bunun nəticəsində koronavirusla mübarizənin növbəti uğurlu mərhələsinə keçə biləcəyik".

Orxan Hüseyn
BAKU.WS